Xalq artisti Aygün Kazımova Bakıda olduğu müddətdə vaxtını dostları ilə keçirir.
Axşam.az-ın məlumatına görə, müğənni yaxın dostu, stilist Anar Ağakişiyevlə yerli məkanların birində görüşüb.
Qeyd edək ki, xalq artisti yaxın günlərdə İstanbula geri qayıdacaq. Həmişəlik Türkiyəyə köçəcəyini deyən Aygün Kazımova qardaş ölkədən özünə ev də alıb.