Müğənni Çingiz Mustafayev “Analoqu olmayan” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Elçin İmanova məxsusdur. Ekran işi Honqkonqda lentə alınıb. Klipin rejissorluğunu Ç.Mustafayev özü edib.