Dünən Rusiyanın "Səs" ("Голос") yarışmasında Dima Bilan və aktrisa Nataliya Vodyanovanın çoxdan gözlənilən klipi təqdim olunub.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, klipdə baş rolda aktrisa Yevgeniya Brik çəkilib. Çəkilişlərdə prodüser Yana Rudkovskaya da öz uşağı ilə iştirak edib.
"Susma" ("Не молчи") adlanan mahnının çəkilişləri üçün Nataliya bir günlük Moskvaya gəlib. Onlar sosial şəbəkədə klipin adıyla bağlı heşteq də yaratmışdılar. Layihəyə bir çox tanınmış sima dəstək olub.
Ekran işi N.Vodyanovanın fondunun da yardım etdiyi xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr olunub.