Macarıstanda mühacirlərin polisdən qaçışını çəkən kameraçəkən qadının ata və uşağına təpik ataraq yerə yıxması bütün dünyanın gündəminə düşmüşdü.
Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, qadının yerə yıxdığı mühacirin kimliyi məlum olub.
7 yaşlı oğlu Zaidlə birlikdə Suriyadan qaçan Osama Abdul Mohsen ölksində "Al-Fotuwa SC" futbol klubunun baş məşqçisi imiş.
Osamanın hazırda Mersində anası və 13 yaşlı bacısı ilə yaşayan digər oğlu, 19 yaşlı Almuhannad 10 gündür ki, atasını və kiçik qardaşını görmür:
"Suriyanı tərk etmək hamımız üçün çox çətin oldu. Raketlərin və silahların kölgəsində olmaqdan əlavə elektrik, suyun olmaması da işimizi çətinləşdirirdi. Biz Almaniyaya getmək istəyirdik. Ailəmizin yarısı Türkiyədədir, amma bura suriyalılar üçün çox çətin yerdir".
Qeyd edək ki, ata və oğluna təpik atan macar qadın üzr istəsə də, telekanal tərəfindən işindən qovulduğu deyilir.