Cənubi Koreyanın gənc qızlardan ibarət musiqi qrupu konsert zamanı çətin anlarla üzləşib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, səhnəyə çıxan qrup mahnısını ifa etməyə başlayaraq müxtəlif xoreoqrafik nümunələr göstərib. Lakin bu zaman səhnə sürüşkən olduğundan qızlardın biri yerə yıxılıb.
Çıxışlarına davam edən ifaçılar əvvəlcə bunun təsadüfi hal olduğunu zənn etsələr də, daha sonra digər qrup üzvləri də yıxılmağa başlayıb. Qızlar düz 6 dəfə yıxılıb-qalxaraq ifalarını yekunlaşdırıblar.