Azərinin verilişində Sezən Aksudan oxudu (Foto)

Azərinin verilişində Sezən Aksudan oxudu (Foto)
1453 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Roza Zərgərli əməkdar artist Azərinin “TRT Avaz”da yayımlanan "Azərinlə bir avaz" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı veriliş çərçivəsində türk və Azərbaycan mahnılarından ibarət geniş proqram hazırlayıb. Roza Türkiyənin məşhur müğənnisi Sezən Aksunun repertuarından "El kimi" mahnısını canlı olaraq ifa edib.

Sənətçi proqramın sonunda Azərinlə birlikdə canlı korifeyimiz Zeynəb Xanlarovanın "Yaşa mənim xalqım" mahnısını duet şəklində oxuyublar.

Qeyd edək ki, R.Zərgərlini pianoda Zamik Nağıyev müşayiət edib.