Aparıcı çəkiliş vaxtı yıxıldı - video

Aparıcı çəkiliş vaxtı yıxıldı - video
3535 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ləzzətin xəritəsi” verilişi “Show TV”dən “Star”a transfer olunan aparıcı Ezgi Sertel çəkiliş zəmanı təhlükədən sovuşub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Giresunda körpünün üstünə çıxmaq istəyən aparıcının ayağı sürüşüb və yıxılıb. Ezgi yağış səbəbindən sürüşkən torpağa addımını atarkən hər nə qədər ehtiyatlı davranmağa çalışsa da, müvazinətini itirib.

E.Sertel dərəyə yuvarlanmaqdan son anda xilas ola bilib. Aparıcı çəkiliş heyətinin köməyi ilə ayağa qalxıb.