Bu ifaya görə veriliş bağlandı - video
"BJK TV"də yayımlanan "Sabah keyfi" adlı proqramda gənc aktyorların "Beşiktaş" futbol klubu üçün bəstələdiyi mahnı tənqidlərə məruz qalıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Beşiktaşa əyləncəli bəstə" adı ilə yayımlanan video Tvitter istifadəçilərinin lağ obyektinə çevrilib. Proqramla bağlı sərt tənqid olunan televiziya rəhbərliyi istefaya dəvət edilib.
"Beşiktaş"ın media təmsilçisi Rıdvan Akar klubun rəsmi profilindən fanatlardan üzr istəyərək verilişin bağlandığını elan edib.