Uzun müddətdir ki, səhnədən uzaqlaşan müğənni-rəqqasə Sevda Sanəliyeva yeni fotolarını sosial şəbəkədə paylaşıb.
Axşam.az-ın məlumatına görə, sənətçi bir müddət əvvəl mətbuata açıqlamasında həyatının təhlükədə olduğunu bildirmişdi. O, təhdid olunduğunu, mövzuyla bağlı geniş açıqlama verəcəyini desə də, sonradan susmaq qərarına gəlib.
Son günlər isə Sevdanın “Facebook” profilində pozitiv statuslar və şəkillər paylaşması hər şeyin yoluna düşdüyünə dəlalət edir.