55 il sonra görüşdülər - fotolar

55 il sonra görüşdülər - fotolar
2734 dəfə oxunub
  • A-
  • A
  • A+

55 il əvvəl Yunanıstanın Gümilcine şəhərindən İzmirə, sonra da Bodruma köçən 76 yaşlı Fehime Özkan illər sonra xoş təsadüflə rastlaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, bayram tətili üçün bu illər ərzində heç getmədiyi ata evinə baş çəkib. Fehime orada 12 yaşından bəri qan bacısı olduğu Sabriye Hüseynoğlunu görüncə göz yaşlarını saxlaya bilməyib. 55 ildir görüşməyən qan bacılarının bayram görüşü hər kəsi hüznləndirib. Uzun illər sonra doğması ilə rastlaşan Sabriye deyib:

"Fehime mənə ən gözəl bayram hədiyyəsini verdi. O zamanın şərtlərinə görə buradan Türkiyəyə gedən bir daha geri dönə bilmirdi. Biz də oraya gedə bilmirdik".

F.Özkan isə hisslərini belə ifadə edib:

"Sabriye ilə eyni evdə, eyni həyətdə doğulduq, böyüdük, eyni məktəbə getdik. Onu görüncə dünyalar mənim oldu. Başqa heç bir tanışım sağ qalmayıb.

Qeyd edək ki, iki uşağı, dörd nəvəsi olan F.Özkan 21 yaşında istirahət üçün getdiyi İzmirdə ailə qurduqdan sonra Yunanıstana bir daha dönməmişdi.