Çinin prezidenti Si Szinpin həyat yoldaşı Pen Liuanla birlikdə ABŞ-a gedib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, prezident Barak Obama və xanımı Mişel qonaqların şərəfinə şam yeməyi təşkil edib.
200 insanın qatıldığı gecədə Mişel qara uzun libasıyla diqqət çəkib. Dəvətlilər arasında "Apple", "Facebook" və bir çox məşhur şirkətlərin rəhbərləri yer alıb.