Cennifer Lopez sevgilisi və kraliça ilə birlikdə - fotolar
Dünya
20:35 / 27.09.15
5316dəfə oxunub
A-
A
A+
Müğənni-aktrisa Cennifer Lopez BMT-nin qadın hüquqlarını müdafiə fondunun tədbirinə qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçının sevgilisi Kasper Smart onu tək qoymayıb. Tədbirdə İordaniya kraliçası Raniyə, aktrisa Pet Mitçell də iştirak edib. Onlarla bir araya gələrək şəkil çəkdirən Cey Lonun Kasperlə səmimi davranışları da diqqətdən qaçmayıb. Cennifer gecədə yüksək əhval-ruhiyyədə olub.
Qeyd edək ki, Cennifer Lopezlə bacısı Linda qadın və uşaqlara tibbi yardım, onların hüquqlarını müdafiə məqsədilə birlikdə “Lopez Family Foundation” xeyriyyə cəmiyyəti yaradıblar.