120 yaşı olan gəlinlik geyindi - fotolar

120 yaşı olan gəlinlik geyindi - fotolar
3525 dəfə oxunub
  • A-
  • A
  • A+
Qədim ingilis inancına görə, gəlinin üzərində köhnə nəsə olmalıdır. Pensilvaniya ştatının sakini Abiqeyl Kinqston bu ənənəyə uyğun olaraq maraqlı addım atıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, öz toyunda 120 yaşı olan gəlinlik geyinib. Ona qədər bu gəlinliyi Abiqeylin nəslində daha 10 qadın istifadə edib.

Nəsildən-nəslə yadigar qalan libası ilk dəfə 1895-ci ildə A.Kinqstonun ulu nənəsi Meri Uorren, sonuncu dəfə isə 1991-ci ildə anası Lesli istifadə edib. Gəlinliyin restavrasiya işləri üçün 200 saatdan çox vaxt sərf olunub.