Viktoriya Bekhem iş qadını obrazında - fotolar

Viktoriya Bekhem iş qadını obrazında - fotolar
3412 dəfə oxunub
  • A-
  • A
  • A+
Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, britaniyalı dizayner Viktoriya Bekhem bu dəfə iş qadını imicində kamerların hədəfində olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner Nyu-Yorkda keçirilən ilk Sosial Əmtəə Sammitinə qatılıb. 41 yaşlı Viktoriya tədbirdə BMT-nin xoşməramlı səfiri kimi iştirak edib.

Qara geyimə üstünlük verən V.Bekhem hər zamankı kimi qlamur obrazını ortaya qoya bilib. Viktoriya aksesuar kimi isə qızıl saat və üzükdən istifadə edib.