Küçədə yatan, ailəsini itirən suriyalı uşaqlar - fotolar

Küçədə yatan, ailəsini itirən suriyalı uşaqlar - fotolar
2092 dəfə oxunub
  • A-
  • A
  • A+

Suriyada baş verən vətəndaş müharibəsi nəticəsində 2011-ci ildən bəri 4 milyon insan ölkəni tərk edib.

Mühacirlərin arasında minlərlə uşaq var. Bəziləri ailələrini itirib, bəziləri isə sağ qalanlarla bir yerdə ya digər ərəb ölkələrinə, ya da daha uzağa Avropaya köç ediblər.

Axşam.az xarici KİV-ə istinadən suriyalı uşaqların müxtəlif ölkələrdəki fotolarını təqdim edir.

Bağdaddan olan 5 yaşlı Lamar Serbiyanın Horgos meşələrində gecələyir. O və ailəsi evləri bombalandıqdan sonra Türkiyə vasitəsi ilə ölkədən qaçıblar.



8 yaşlı Məryəm hazırda İordaniyadadır. O, məktəbdən evə qayıdarkən evlərinin üzərinə düşən raket zərbəsi nəticəsində yaralanıb. Beyin travması alan Məryəm 11 gün komada qaldıqdan sonra ayılıb, amma o, danışmaq qabilliyətini itirib.



Bir yaşlı Şam Avstriya-Serbiya sərhədində anasının qollarında yatıb.



11 yaşlı Esra, 8 yaşlı Esma, 6 yaşlı Sidra anaları ilə bir yerdə yatıblar. Evlərindən didərgin düşən, atalarını itirən uşaqlar hazırda Livandadırlar.