Stilist Zamiqin geyimini tənqid etdi - video

Stilist Zamiqin geyimini tənqid etdi -  video
2186 dəfə oxunub
  • A-
  • A
  • A+
“Onlar” verilişinin “Fashion” rubrikasının növbəti qonağı müğənni Zamiq Hüseynov olub.

Axşam.az-ın məlumatına görə, sənətçi özünü zövqlü hesab etdiyini deyib:

“Öz düşüncəmə görə, dəbli müğənniyəm. Çalışıram ki, zövqlü geyinim. Kənardan baxanlar da belə deyir”.

Stilist Fuad Hacıyev ifaçının geyimindəki qüsurları sadalayıb:

“Bütöv görünüşü xoşuma gəlir. Artıq-əskik heç nə yoxdur. Pencəyi qəhvəyi düyməsi, mavi köynəyi ilə uyğundur. Amma qolundakı saatı taxmazdım. Saat qabarıqdır, geyimə aidiyyatı yoxdur. Tünd göy şalvarı da xoşuma gəlmədi. Tünd qəhvəyi və ətəyi qısa olsaydı, daha yaxşı görünərdi. Bu geyiminə görə, onu ikinci yerdə görürəm. Mənim üçün geyim tərzinə görə birinci Abbas Bağırovdur".