Müğənni Röya Ayxan ötən gün Almaniyadan Bakıya qayıdan aparıcı Hacı Nuran Hüseynovla görüşüb.
Axşam.az-ın məlumatına görə, nahar edən tanınmışlar fotolarını sosial şəbəkədə paylaşıb. ATV-nin aparıcısı Kəmalə Piriyeva da onlarla birlikdə olub.
Xatırladaq ki, xərçəng xəstəliyi ilə mübarizə aparan Hacı Nuran Bakıya gələcəyi haqda özü məlumat vermişdi:
“Əziz və sevimli dostlarım! Bildiyiniz kimi, neçə müddətdir ki, Almaniyanın Düsseldorf şəhərində yerləşən klinikada ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Son vaxtlar səhhətim daha da pisləşib, özümü çox pis hiss edirəm. Həkimlər də məsləhət gördülər ki, bir az ab-havamı dəyişim”.