"Azərbaycanın səsi"nin qalibi bəlli oldu - fotolar

"Azərbaycanın səsi"nin qalibi bəlli oldu -  fotolar
4270 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-də yayımlanan “Azərbaycanın səsi” yarışmasının final bölümü baş tutub.

Axşam.az-ın məlumatına görə, müsabiqənin son bölümü də qalmaqalsız ötüşməyib. Belə ki, münsif kürsüsündə əyləşən müğənni Elton Hüseynəliyev verilişin sonunda gəlib çatıb.

İştirakçılar sırasında olan Günay Bəylərqızı ifası ilə münsif, xalq artisti Nisə Qasımovanı təəccübləndirib. N.Qasımova gənc sənətçinin oxuduğu “Yalan dünya” mahnısının onu kövrəltdiyini etiraf edib:

“Bu günə kimi mənim bu mahnımı çoxları oxuyub. Heç birini bəyənməmişdim. Günayın ifası əla idi. Tüklərim biz-biz oldu”.

Yarışmada birinci yeri əməkdar artist Elza Seyidcahanın tələbəsi Mehman Tağıyev qazanıb. 

İkinci yeri N.Qasımovanın tələbəsi Şəbnəm Əliyeva, üçüncü isə E.Hüseynəliyevin komandasında olan Günay Bəylərqızı, dördüncü isə Nadir Qafarzadənin “SN” qrupu olub.

Qeyd edək ki, “Azərbaycanın səsi” yarışmasının qalibi ölkəmizi bu il İstanbulda keçiriləcək “Türkvision” yarışmasında təmsil edəcək.

Foto: Ramin ASLANOV