Tünzalə Ağayevadan milli geyimdə fotosessiya

Tünzalə Ağayevadan milli geyimdə  fotosessiya
1580 dəfə oxunub
  • A-
  • A
  • A+

Modelyer Gülnarə Xəlilovanın Milli Geyim Mərkəzi və 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir milli geyimlərə həsr edilmiş layihənin reallaşdırılmasını davam etdirir.

Axşam.az-ın məlumatına görə, layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.
Bu dəfə layihədə əməkdar artist Tünzalə Ağayeva iştirak edib. Obrazlar üzərində stilist-vizajist Səbinə İmanova işləyib.

Mərkəzin təsisçisi G.Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğ edilməsidir:

“Layihədə tanınmış ictimai xadimləri, mədəniyyət, incəsənət və elm nümayəndələri, tanınmış şəxslərin uşaqları iştirak edirlər”.
 
Layihənin çəkilişləri Şirvanşahlar Sarayı ərazisində, İçərişəhərdə aparılıb.