Nadirin tələbəsi ilə səmimi fotoları

Nadirin tələbəsi ilə səmimi  fotoları
6204 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə “Azərbaycanın səsi” yarışmasındakı tələbəsi Yeganə Orucova ilə fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az müsabiqənin final gecəsinə qatılan tanınmışların fotolarını təqdim edir.

Qeyd edək ki, bir müddət əvvəl N.Qafarzadənin tələbəsi ilə sevgili olması xəbəri yayılmışdı. Məsələyə aydınlıq gətirən ifaçı iddiaları rədd etmişdi:

“Bəzi iştirakçılar arasında belə bir şayiə yayılıb ki, “Mən tələbəm Yeganə Orucova ilə sevgiliyəm”. Çox ayıb olsun ki, belə bir dedi-qodu yayıblar. Bu qız mənim övladım yerindədir. Hətta yaşca mənim oğlumdan da balacadır. Necə sevgi macərası yaşaya bilərəm ki? Çox xahiş edirəm ki, bu cür söz-söhbətlərə son qoyasınız. Bəli, mən öz tələbəmin ifasını bəyənirəm. Ona səs göndərmişəm. Dəstəkləyirəm, dəstəkləyəcəm də”.

Foto: Ramin ASLANOV