Keçən il subaylıqla vidalaşan aktyor Corc Kluni həyatının ən xoşbəxt günlərini yaşayır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hər yerə vəkil həyat yoldaşı Amal Kluni ilə gedən aktyor 2000-ci ildə çəkilən "O Brother Where Art Thou" ("Hardasan, dost?") filminin xüsusi nümayişinə qatılıb.
Beynəlxalq məhkəmə işlərində vəkillik edən Amal isə yaşıl libası ilə gecənin bütün diqqətini üzərinə çəkib.