Azərbaycanlı müğənninin klipi Türkiyədə nümayiş olunacaq - video+fotolar

Azərbaycanlı müğənninin klipi Türkiyədə nümayiş olunacaq -  video+fotolar
2184 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc müğənni Safa “Nağıl kimi” adlı mahnısına çəkilmiş klipini media nümayəndələrinə təqdim edib.

Axşam.az-ın məlumatına görə, mahnının sözləri Fərid Ağaya, musiqisi Kamala aiddir. Rejissorluğunu Elmir Süleymanovun etdiyi klipin çəkilişləri Antalyada baş tutub. Ekran işində 19 ölkədən olan rəqs heyəti iştirak edib. Klip yerli kanallarla yanaşı Türkiyədə də nümayiş olunacaq. Ona görə də ekran işində gedən söhbətlər türk dilindədir.

Safa açıqlamasında utancaq olduğunu vurğulayıb:

“Məqsədim Azərbaycanı xarici ölkədə layiqincə təmsil etməkdir. Bu mənim ilk addımlarımdır. Bir az utancağam. Yəqin ki, 1 aydan sonra mən də öyrəşəcəm”.

Bəstəkar Vüqar Camalzadə Safa ilə yeni işbirliyinə başlayacağını deyib:

“Onun üçün yeni mahnı yazmışam. Bəstəyə Ukraynada klip çəkdirəcəyik. Safanın seviləcəyinə, şou-biznesdə yüksək yerlərdən birini tutacağına inanıram. Çünki onun lazımi qədər istedadı var".

Qeyd edək ki, Safa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin üçüncü kurs tələbəsidir. O, xalq artisti Yalçın Rzazadənin tələbəsi olub.