Aktrisa-müğənni Cennifer Lopezin “Shades of Blue” (“Mavinin çalarları”) serialının çəkilişləri davam edir.
Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, 46 yaşlı sənətçi yeni seriyanın çəkilişləri zamanı obyektivlərə tuş gəlib. Üzündə ciddi ifadə olan Cey Lo geyimi ilə də diqqət çəkib.
Cennifer qara cizgili şalvarı və paltosu ilə polis qadına bənzədilib.