Türkiyəli müğənni Mustafa Yıldızdoğan Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, sənətçi ilk olaraq Tərtərdə qaçqın ailələrə və əsgərlərə konsert verib.
Ötən gün isə türkiyəli ifaçı Dövlət Filarmoniyasında səhnəyə çıxıb.
Bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Govkhar group”un təşkilatçılığı ilə baş tutan konsertdə Mustafa Yıldızdoğan sevilən mahnılarını səsləndirib.
Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Elza Seyidcahan müğənnini dinləyənlər sırasında yer alıb.
Foto: Rəşad ABBASOV