“Bozun 50 çaları” filminin baş rol ifaçısı Dakota Conson Milan Moda Həftəsində kameralara tuş gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa “Dior” brendinin qara, eleqant libası ilə gecəyə qatılıb. Dakota geyimini klaç çanta, qara ayaqqabı və brilliant boyunbağı ilə tamamlayıb.
Moda şərhçiləri aktrisanın budəfəki seçimini indiyədək geyindiyi libaslar içərisində ən düzgünü və ən gözəli hesab ediblər.
Qeyd edək ki, Dakota Conson Melani Qriffit və Don Conson cütlüyünün qızıdır.