Aktrisa Selma Ergenç Almaniyada Can Ozla baş tutan toyundan sonra İstanbula dönüb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ticarət mərkəzlərindən birində görülən aktrisa paparassilərin hədəfinə düşüb.
O, "Türkiyədə toy edəcəksinizmi" sualına "sadə bir məclis olacaq" cavabını verib.
Qeyd edək ki, S.Ergeç son olaraq "Möhtəşəm yüz il" (Hatice Sultan), "Gönül işleri" (Saadet) seriallarında, "Krımlı" (Maria Koseçki) filmində çəkilib.