4 aydır sevgili olan məşhur cütlük Serenay Sarıkaya və Kərəm Bürsin alış-veriş edərkən görüntüləniblər.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Bürsin Sarıkayanın keçmiş sevgililərinə görə dalaşdıqları haqda yazılan iddiaları əsassız adlandırıb.
O, aktrisanın bir zaman sevgi yaşadığı həmkarları Cağatay Ulusoy və Pamir Pekini İnstaqramda izlədiyi üçün mübahisələrinin yarandığı haqda suala "belə bir şey yoxdur" cavabını verib. Çox şən görünən cütlük jurnalistlərlə də mehriban davranaraq onlarla zarafatlaşıblar.