Gəlinin atası elə bir jest etdi ki... - fotolar

Gəlinin atası elə bir jest etdi ki... - fotolar
4019 dəfə oxunub
  • A-
  • A
  • A+

Brittani Pek adlı qızın toyunda maraqlı hadisə baş verib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qızın atası Todd Bahman mərasimi yarımçıq kəsərək qızın ögey atasını da dəvət edib. Gəlini səcdəgaha doğma atası və ögey atası birgə aparıblar. Bu bütün ailə üçün gözlənilməz olub. 

Ögey ata Kendroski hisslərini belə ifadə edib:

"O, mənə yaxınlaşdı və "Sən qızım üçün məndən az şey etməmisən, buna layiqsən" dedi".

Todd isə "bu qızıma yaxşılıq etmiş insana təşəkkür etmək üçün ən yaxşı üsul idi. Həm də həyatının ən xoş günündə..." deyib.

Qeyd edək ki, Todd və Kendroski arasında münasibətlər heç zaman normal olmayıb. Lakin onlar bundan sonra dil tapmağa çalışacaqlarını deyiblər.