"Poyraz Karayel"in dünən gecə yayımlanan seriyasında baş verənlər hər kəsi ağladıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, baş rollarında İlker Kaleli, Burçin Terzioğlu, Musa Uzunlar, Özkan Uğur, İdil Fırat olan serialda Sinanın vurulması səhnəsi izləyiciləri kədərləndirib.
Tvitterin ən çox danışılanları siyahısına girən serial haqda #PoyrazKarayel heşteqi ilə 50 mindən çox tvit yazılıb. Həmin səhnədə Ahmet Kayanın ifasında "Ay Gidiyor" mahnısı səsləndirilib.