“İnsanlara ağız açıb, nəsə istəməyi özümə qadağan etmişəm. Allahın aldığı da, verdiyi də bərəkətdir. İndi daha güclü olmuşam. Həyatımda hər bir şey yerindədir. Yaxınlarım məni olduğum kimi qəbul ediblər. Ona görə də ailəmdən qadağalar görmürəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Vüsalə Əlizadə deyib.
O, “Qadına görə” verilişinin gecikmə səbəblərini açıqlayıb:
“Mövsümə çox əziyyətli başlanğıcımız oldu. Anonslarımız serial şəklində idi. Çox vaxt aparsa da, maraqlı alındı. Ona görə də veriliş gec başlayacaq. Bir az dəyişikliklər olacaq”.
V.Əlizadə sosial şəbəkələrdən bundan sonra az istifadə edəcəyini bildirib:
“Vüsalənin daşı ağırdı. Nə etsəm tənqid olunuram. Ona görə də çalışıram ki, az paylaşımlar edim. Problemimi açıb-ağartmağı sevmirəm. Ailəmə belə çox şeyi danışmıram. Öz içimdə çəkirəm”.
Foto: Ramin ASLANOV