Azərbaycanın bir qrup tanınmış sənətçisi Naxçıvanda konsert proqramı ilə çıxış ediblər.
Axşam.az-ın məlumatına görə, 26 iyun – Milli Ordu Günü münasibətilə Daxili Qoşunların əsgərləri qarşısında səhnəyə çıxan xalq artisti Səkinə İsmayılova, əməkdar artist Almaz Ələsgərli, müğənni Könül Kərimova, Elnur, Gülay Zeynalova və rəqqasə Fatimə hər kəsə xoş anlar yaşadıb.