Çağatay Ulusoy və Leyla Lydia Tuğutlunun baş rolları paylaşdığı "Delibal" filminin ilk treyleri artıq təqdim edilib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sezen Aksu film üçün mahnı yazıb. "Mutlu sonsuz" adlanan bəstəni filmdə Çağatay özü oxuyub. O, bu dəfə özünü aktyorluqla yanaşı musiqiçi kimi də sınayıb.
"Ay Yapım"ın çəkdiyi ekran işi Barış və Füsun adlı tələbələrin sevgisi haqdadır. Filmin dünən yayılan 37 saniyəlik videosundakı sevişmə səhnəsi Tvitterdə günün ən çox danışılan mövzularından olmuşdu.
