Samir Piriyev serialda mahnı oxuyacaq - video

Samir Piriyev serialda mahnı oxuyacaq - video
913 dəfə oxunub
  • A-
  • A
  • A+
“Region TV" nin sifarişi ilə çəkilən “Sənin deyil“ teleserialının musiqisini müğənni Samir Piriyev ifa edəcək.

Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi RTV-nin səhər proqramı olan “Gün başladı” verilişində açıqlama verib. Mahnının bəstəkarı Murad Engindir.  Müğənni bildirib ki, yaxın zamanlarda bəstəyə klip də çəkiləcək. Bu, Samir Piriyevin səsləndirdiyi ilk serial musiqisidir.

“Sənin deyil“ serialının çəkilişləri Bakı və Xaçmazda  aparılıb. Filmin ssenari müəllifi Esmira Əyyub, ideya müəllifi Fərəc Süleymanov, quruluşçu rejissoru Sain Qəhrəmandır. Əsas rollarda tanınmış aktyorlar Günəş Mehdizadə, Rasim Cəfər, Elvin Əhmədov, Aysel Bayramova, müğənni Emil Bədəlov və digərləri çıxış edir.

Teleserial 12 bölümdən ibarət olacaq və yaxın zamanlarda izləyici qarşısına çıxacaq.