Türkiyəli müğənni Mustafa Yıldızdoğan Tərtər rayonunda konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın məlumatına görə, sənətçi bəstəkar Gövhər Həsənzadənin rəhbərlik etdiyi “Govkhar Group”un təşkilatçılığı ilə baş tutan konsertdə əsgərlər və qaçqın ailələr üçün oxuyub.
Millət vəkili Qənirə Paşayeva da türkiyəli ifaçını dinləyənlər sırasında yer alıb.