Dünən “Jumeriah” otelinin yay restoranında müğənni Zamiq Hüseynov konsert proqramı ilə çıxış edib.
Axşam.az-ın məlumatına görə, 106.3 və 106 FM radio dalğalarının təşkilatçılığı ilə keçirilən konsertdə əsl izdiham yaşanıb.
İki saata yaxın səhnədə olan Zamiq paytaxt sakinlərinə yayın ən qızmar konsert proqramını nümayiş etdirib. Rəqqasələrin əhatəsində çıxış edən müğənni özünü DJ obrazında da sınadı.
Zamiq konsert zamanı qonaqlar sırasında əyləşən teleaparıcı Nanə Ağamalıyeva üçün “qara gözlüm” mahnısını xüsusi olaraq səsləndirib.
Böyük coşğu ilə keçən konsertin ən maraqlı məqamlarından biri tədbirin aparıcıları idi. Proqramı nə az, nə çox dörd aparıcı- Rüfət Ağayev, Cavid Gül, Elvira İsmailova və Nurlana idarə edib.
Səhərədək davam edən diskoteka hər kəsə əyləncəli dəqiqələr yaşadıb.