Bakıda “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olub.
Axşam.az xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
Dövlət başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsib.
Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə və xanımına məlumat verildi ki, 784 yerlik mehmanxanada 319 nömrə vardır. Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir.
Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir. Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü.
Dövlət başçısı “Fairmont Baku” mehmanxanasında yaradılmış şəraitdən məmnunluğunu bildirdi. President.az