Rusiyalı müğənni Alsu dünən səhər saatlarında Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, müğənni “Jumeirah” oteldə yeni klipinin çəkilişlərinə start verib. “Cinex-az” şirkəti tərəfindən lentə alınan ekran işinin ardı bu gecə hava limanında çəkiləcək.
Klip daha sonra paytaxt küçələrində lentə alınacaq.
Daha üç gün şəhərimizdə qonaq olacaq rusiyalı müğənni iyunun 27-də ad gününü qeyd edəcək.