Məşhurlar bu villanı almaq üçün növbəyə durdu

Məşhurlar bu villanı almaq üçün növbəyə durdu
2989 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur “The Wolt Disney Company” şirkətinin əfsanəvi yaradıcısı Uolt Disneyin bir vaxtlar yaşadığı villa satışa çıxarılıb.

Axşam.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Los-Ancelesin Beverli Qlen səmtində yerləşən evin qiyməti 90 milyon dollardır. Villanın dizaynı kral saraylarını xatırladır. Üçmərtəbəli evin ümumi sahəsi 10 700 kvadratmetrdir.

Evin baha və yeni satışa çıxarılmasına baxmayaraq, onu almaq istəyənlərin sayı günü-gündən artır. Alıcılar arasında “Formula1”in sahibinin qızı Tamara Ekklstounun da adı yer alıb. Yenicə ailə quran milyader xanım həyat yoldaşı ilə birlikdə villanı bəyənib.