“Məni həbs edəcəklər" - Emma

“Məni həbs edəcəklər" - Emma
2495 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Emma Ələkbərzadənin hədsiz dərəcədə arıqlaması hər kəsin marağına səbəb olub.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, hələ də gün ərzində onlarla pərəstişkarı ondan arıqlamağın yollarını öyrənməyə çalışır.

Bu suallardan yorulan müğənni sosial şəbəkədə məsələylə bağlı münasibətini bildirib:

“Mənim əziz dostlarım, əsasəndə xanımlar... Gün ərzində saysız-hesabsız məktublar alıram. Hamı arıqlaması üçün onlara kömək etməyimi istəyir. Mən həkim deyiləm. Kiməsə məsləhət vermək haqqım yoxdur. Hər bir orqanizm individualdır, pəhrizim birinə kömək ola bilər, digərinə isə yox. Bu, pis nəticə verə bilər. Sonra nə olacaq? Məni həbs edəcəklər. Mütəxəssislərə müraciət edin, məni zibilə salmayın”.