Müğənni Safura Əlizadə nişanlısı haqda yazıb.
Axşam.az-ın məlumatına görə, sənətçi İnstaqram sosial şəbəkəsində sevdiyi şəxsin çox şən olduğunu qeyd edib:
“Onda sevdiyim başqa bir cəhət isə qayğıkeş olmasıdır. Bəzi hallarda xırdaçıdır, hər şeylə dərindən maraqlanır. Amma çox şəndir və ağlasığmaz ideyalarla dolu biridir”.
Xatırladaq ki, müğənni Safura Əlizadə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nişanlanıb. Uzun müddətdən sonra bu gün onların birgə şəkilləri yayımlanıb.