Bu il Antalyanın Kəmər bölgəsində ənənəvi “Miss Kemer İnternational” gözəllik yarışması baş tutacaq.
Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, müsabiqədə iştirak edəcək 22 finalçı hazırlığa start verib.
İyulun 3-də keçiriləcək final gecəsində qalib iştirakçıya “Miss Kəmər Aura Gözəli” tacı taxılacaq.
Qaldıqları oteldə dənizin və günəşin dadını çıxaran gözəllər ətrafdakıların böyük marağına səbəb olub.