Türkiyəli müğənni Sibel Canın Bakı konserti baş tutub.
Axşam.az-ın məlumatına görə, “Hollywood” restoranında keçirilən gecənin aparıcısı Nanə Ağamalıyeva olub.
Konsertdə sevilən mahnılarını səsləndirən türkiyəli ifaçı qonaqlara xoş anlar yaşadıb. Sibel Canı dinləməyə gələnlər arasında Azərbaycanın tanınmış simaları da yer alıb.
Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertdən ilk fotoları təqdim edirik.