Samirədən görmədiyimiz fotosessiya

Samirədən görmədiyimiz  fotosessiya
8592 dəfə oxunub
  • A-
  • A
  • A+

“Lider” telekanalının “Stil” proqramının aparıcısı Samirə Rüstəmova yeni fotosessiyada iştirak edib.

Axşam.az-ın məlumatına görə, Rüstəmova Samirə Seyfalı qızı 1984-cü il yanvarın 13-də Bakı şəhərində anadan olub. 6 saylı orta məktəbi bitirib. Dediyinə görə, məktəb illərində çox utancaq və kompleksli uşaq olub:

“O vaxtlar heç kim inana bilməzdi ki, mən teleaparıcı ola bilərəm”.

Samirə Azərbaycan Dövlət İncəsənət Universitetinin dram-kino aktyoru fakültəsini bitirib:

“Görkəmli xalq artistlərimiz Ağakişi Kazımovdan, Cənnət Səlimovadan dərs almaqla sənətin bir çox incəliklərinə yiyələnmişəm. Öz ixtisasım üzrə çalışmasam da, bu universiteti bitirmək həyatımda müəyyən bir iz qoyub. İkinci təhsilimi isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində davam etdirmişəm. İndi də günümün müəyyən bir hissəsini rəngli boyalarla keçirirəm”.

S. Rüstəmova 10 ildir ki, televiziya sahəsində çalışır.

Mənbə: azvision.az

Foto: Kəmalə