Türkiyəli aktrisa və müğənni Hülya Avşarın qızı Zəhranın “Gəzi parkı” nümayişlərinə qatılması atası Kaya Çilingiroğlunu özündən çıxarıb. Axşam.az-ın “Hürriyət”ə istinadən məlumatına görə, atası övladının bu hərəkətinə bərk əsəbiləşib:
“Qızım 15 gün əvvəl Beşiktaşdakı mitinqlərə qatılıb. Mənə şəkillərini göstərdilər. Ona çox hirsləndim və cəzamı verdim. Çünki Zəhra böyük görünməsinə baxmayaraq, bu cür hadisələrdə öz qərarını verəcək yaşda deyil”.