Bakıda türklərin konserti oldu

Bakıda türklərin konserti oldu
1536 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin Bakıdakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Qafqaz Universiteti və Ondoqquz Mayıs Universitetinin birgə təşkilatçılığı ilə Yaşıl Teatrda “Musiqi Festivalı” adlı konsert proqram keçirilib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Ondoqquz Mayıs Universitetinin 41 nəfərdən ibarət türk sənət musiqi qrupu Türkiyənin tanınmış bəstəkarlarının seçilmiş əsərlərini səsləndiriblər. İki hissədən ibarət konsertdə Azərbaycan mahnıları  da daxil olmaqla yanaşı  23 ifa olunub.

Konsert çərçivəsində təşkilatçı qurumlara Ondoqquz Mayıs Universiteti tərəfindən TÜRK mədəniyyətinin tanınmasında göstərdikləri dəstəyə görə mükafat təqdim olunub.