Bir neçə gündür ki, şəhərimizin qonağı olan rusiyalı müğənni Alsu ad gününü təmtəraqlı şəkildə qeyd edib.
Axşam.az-ın məlumatına görə, “Sea Breeze” otelində gerçəkləşən mərasimdə əyləncəli anlar yaşanıb.
Şoumen Murad Dadaşovun hədiyyəsi rusiyalı qonaqları təəccübləndirib. Belə ki, Murad xalq artisti İlhamə Quliyevanın oğlunun toyunda hədiyyə etdiyi tortun eynisindən 30 yaşını qeyd edən Alsu üçün də hazırlatdırıb.
Alsu doğum günündə ona edilən sürprizlərə heyran qalıb. Gecənin sonunda müğənni üçün atəşfəşanlıq da edilib.
Qeyd edək ki, Alsu Bakıya yeni klipinin çəkilişi ilə bağlı gəlib.