Rusiyada yayımlanan "Rəqslər" şousunun iştirakçısı səhnədə burnunu sındırıb.
Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, 23 yaşlı Yekaterina Kondraşinanın münsiflər qarşısında gimnasitika və erotikanın elementlərindən ibarət rəqsi qanla bitib.
O, performansın ortasında burnunu əzsə də, çıxışına davam edib. Musiqinin sonunda isə qanayan burnunu tutaraq kulisə qaçıb. Gənc qız dərhal tibbi müdaxilə edilib.
Yekaterina TNT-də yayımlanan şoudakı iştirakını davam etdirə bilməyəcək.