Üç il sonra bu mahnıyla qayıtdı - video

Üç il sonra bu mahnıyla qayıtdı - video
2536 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şohrətli müğənni Adel 3 il sonra ilk mahnısını və klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, bir neçə gün əvvəl yeni albomunun tizerini yayımlayan ifaçının "Hello" adlı klipini rejissor Xavyer Dolan çəkib.

Övladı dünyaya gəldikdən sonra sənətdən uzaqlaşan 26 yaşlı ifaçının "25" adlı albomu gələn ay satışa buraxılacaq. 

Qeyd edək ki, onun 2011-ci ildə təqdim etdiyi "21" adlı albomu 11 milyondan çox nüsxə satılaraq "Bilboard" və "Rolling Stones" hit-paradlarının versiyası üzrə ilin albomu seçilmişdi.

Adel 10 "Qremmi", 5 "Brit Awards" və həmçinin "Qızıl Qlobus" və "Oskar" mükafatlarının sahibidir.