Castin Biberdən fanatlarına sürpriz - video

Castin Biberdən fanatlarına sürpriz - video
1306 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Castin Biber fanatlarına növbəti sürpriz edib.

Axşam.az-ın məlumatına görə, o, "Sorry" adlı mahnısına çəkilmiş rəqs klipini yayımlayıb. Bu onun il ərzində "What Do You Mean?"dən sonra ikinci məşhur mahnısıdır.

Qeyd edək ki, Castinin yeni çıxacaq "Purpose" albomunu Yaxın Şərq və İndoneziyadakı müsəlman fanatları əldə etməyə bilərlər. Çünki müğənninin albomun üstündəki fotosunda üzərinə böyük xaç işarəsi çəkilib. Əgər Biber alternativ üz qabığı buraxmasa, albom həmin ölkələrdə qadağan edilə bilər.