Gülnar Salmanova vəfat etdi

Gülnar Salmanova vəfat etdi
8638 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, bu haqda aparıcı İradə İsaq sosial şəbəkədə yazıb. 

O, aktrisanın bu gün xəstəxanada vəfat etdiyini bildirib:

“Nə qədər yaşatmağa çalışsam da, mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Gülnar Salmanova uzun müddətdir xərçəng və şəkərli diabetdən əziyyət çəkirdi. Son günlər vəziyyəti daha da pisləşən aktrisa xəstəxanaya yerləşdirilmişdi.